Noy 05, 2015 19:32 Asia/Baku
  • Əl-Rəmadi azad edilmək ərəfəsindədir
    Əl-Rəmadi azad edilmək ərəfəsindədir

İraqda xalq qüvvələrinin sözçüsü əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin terrorçuların işğalından azad edilməsinin yaxın olduğunu bildirib.

Eynül-Əraq informasiya portalının məlumatına görə Əhməd Əsədi bildirib ki, İraqın silahlı qüvvələri o cümlədən xalq qüvvələri Rəmadi şəhərinin mərkəzinə yaxınlaşıblar və qarşıdan gələn günlər ərzində bu şhər terrorçuların işğalından azad ediləcək.
Rəmadinin azad edilməsi əməliyyatı ötən həftənin sonlarında güclü yağışlar nəticəsində dayandırılmışdı. Amma, çərşənbə gününün sonundan Rəmadi şəhərinin mühasirəsini təkmilləşdirilib və İŞİD terrorçularının şəhərə giriş və çıxış yolları bağlanıb.
İraqda xalq qüvvələrinin sözçüsü silahlı qüvvələrin Səlahəddin vilayətinin şimal məntəqələrinin azad edilməsi üzrə əməliyyatlarına da işarə edib və deyib: Bu əməliyyatlar zamanı indiyə kimi təqribən 1000 İŞİD yaraqlısı öldürülüb, yüzlərlə terrorçu da yaralanıb.

Teqlər