İraq qüvvələri qərbdə terrorçuların mövqelərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199323-İraq_qüvvələri_qərbdə_terrorçuların_mövqelərinə_hücum_ediblər
İraq qüvvələri bu ölkənin qərbində terrorçuların mövqelərinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2015 10:12 Asia/Baku
  • İraq qüvvələri qərbdə terrorçuların mövqelərinə hücum ediblər
    İraq qüvvələri qərbdə terrorçuların mövqelərinə hücum ediblər

İraq qüvvələri bu ölkənin qərbində terrorçuların mövqelərinə hücum ediblər.

Səhər Beynəlxalq Televiziyasının Asiya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraq Silalı Qüvvələri Müştərək Əməliyyatı Komandanlığı bildirib: Terrorizmlə mübarizə xüsusi qüvvələrinin əl-Anbar vilayətində əl-Vərar bazasına daxil olmasından sonra təhlükəsizlik qüvvələri bu vilayətin Ər-Rəmadi şəhərinin qərbində terrorçuların mövqelərinə hücum ediblər. Nəticədə çoxlu sayda terrorçu öldürülüb.
İraq təhlükəsizlik qüvvələri həmçinin Ər-Rəmadinin şimalında əl-Cərayişi körpüsünə nəzarəti bərpa ediblər. Bu körpünün ələ keçirilməsi ilə Ər-Rəmadi şəhərinin mərkəzinə doğru İŞİD terrorçularına yardım yolları kəsilib.
Digər tərəfdən İraq Silahlı Qüvvələri Müştərək Əməliyyat Komandanlığı Səlahəddin vilayətində Samirra məntəqəsinə doğru arsenal hücumunda 80 terrorçunun öldürüldüyü və yaralandığını bildirib.
İraq Silahlı Qüvvələri Müştərək Əməliyyat Komandanlığı öz bəyanatında əlavə edib: Əl-Kərəmə və onun ətrafındakı bölgələrin azad olunması əməliyyatında da 10 terrorçu öldürülüb.
Bəyanata əsasən, İraqın Daxili İşlər Nazirliyinin Araşdırma və İnformasiya Təşkilatı Hərbi Hava Qüvvələrinə bir sıra məlumatlar verib. Məlumatlar nəticəsində Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərində əl-Tənk məhəlləsində İŞİD terror qruplaşmasının bir silah-sursat anbarı, eyni zamanda Səlahəddin vilayətinin Samirra məntəqəsində 3 silah anbarı məhv edilib və 23 terrorçu öldürülüb.