Bəhreyndə insan haqları pozulmaqdadır; əsassız ittihamlar
Noy 06, 2015 13:49 Asia/Baku
-
Bəhreyndə insan haqları pozulmaqdadır; əsassız ittihamlar
Bəhreyndə Ali-Xəlifə rejimi hələ də insan haqlarını pozur və ölkə vətəndaşları əleyhinə əsassız ittihamları davam etdirir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bəhreyn rejimi bir daha BMT-nin işgəncə üzrə xüsusi məruzəçisi Xuan Mendezin bu ölkəyə daxil olmasının qarşısını alıb.Bəhreynin ictimai təhlükəsizlik xidmətinin rəisi Tariq əl-Hüseyn Manama danışıqları adlanan iclasın kənarında deyib: Xuan Mendezin Bəhreyndə insan haqlarının vəziyyəti barəsində yanlış düşüncəsi və hesablamaları vardır. Elə buna görə, onun ölkəyə daxil olmasının qarşısı alınıb.
Tariq əl-Hüseyn Ali-Xəlifə rejimi həbsxanalarında təbbi bir məsələyə çevrilən məhbusların işgəncə xəbərini təkzib edib və iddia edib ki, Covv həbsxanası məhbuslarının hüquqlarının pozulması, o cümlədən onların işgəncəsi reallığı əks etdirmir və bu həbsxanada zərərçəkən şəxslər yalnız gözətçilərdir.
Xuan Mendez 2011-ci ildən indiyə qədər dəfələrlə Ali-Xəlifə rejimindən istəyib ki, bu ölkə həbsxanalarının vəziyyətini araşdırmaq üçün onun Bəhreynə daxil olması ilə razılaşsın. Lakin onun müraciətləri qəbul olunmayıb.
Bəhreyndə insan haqlarının pozulması ilə əlaqədar digər bir xəbər görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik rəsmiləri ötən gün bildiriblər: Bəhreynlilərin cümə günü paytaxt Manamada BMT ofisi qarşısında keçirilməsi planlaşdırılan Qüds İntifazəsinə dəstək üzrə istənilən aksiyanın təşkil olunmasına icazə verməyəcəklər.
Həmçinin Manama məhkəməsi qeyri-qanuni və ədalətsiz qərarlarının davamında xaricə məlumatların ötürülməsi adlandırdığı cinayətlə 5 bəhreynli şiəni ömürlük azadlıqdan məhrum və vətəndaşlıqlarını ləğv edib.
Bəhreynin bir məhkəmə rəsmisi deyib: Bu cinayət işinin iki müttəhimi məhkəmədə ona qarşı sürülən ittihamları təkzib edib və bildiriblər ki, bu etiraflar onlardan işgəncə altında alınıb.
Ali-xəlifə rejimi bu ölkə şiələrini elə bir halda casusluq ittihamlı ilə ömürlük həbs və vətəndaşlığının ləğv olunmasına məhkum edir ki, bu rejim bundan öncə də bəzi ölkələrin Bəhreynin daxili məsələlərində müdaxilə iddiasını irəli sürüb. Lakin bu iddialar Şərif Besyuninin başçılıq etdiyi faktaraşdırıcı komissiyanın 2011-ci ildəki hesabatında rədd olunub.