Yəmənin xalq və ordu qüvvələri Ərəbistanın Rəbuə məntəqəsinə daxil olublar
Noy 06, 2015 13:19 Asia/Baku
-
Yəmənin xalq və ordu qüvvələri Ərəbistanın Rəbuə məntəqəsinə daxil olublar
Yəmənin xalq və ordu qüvvələri Ərəbistanın cənubundakı Əsir vilayətində yerləşən Rəbuə məntəqəsinə daxil olub və Ərəbistan ordusunun müəyyən miqdarda sursatını yandırıblar.
Əlaləm telekanalının məlumatına görə, Yəmən Müharibə üzrə Təbliğat Qərargahı Yəmənin xalq və ordu qüvvələrinin Ərəbistanın cənubundakı Əsir vilayətində yerləşən Rəbuə məntəqəsinə daxil olmaları barədə bir videoçarx yayıbdır.Yəmənli qüvvələrin Əsirə daxil olmaları və Ərəbistan ordusunun geri çəkilməsi onların yəmənli qüvvələrdən son dərəcə qorxduqlarını göstərir.
Əlməsirə telekanalı da xəbər veribdir ki, Yəmənin şimalındakı Səədə vilayətində yerləşən bir hərbi mənbə deyib: Səudiyyə koalisiyasının bir kəşfiyyat və pilotsuz təyyarəsi cümə axşamı günü gecə bu vilayətdə vurularaq yerə salınıbdır.
Səna vilayətindəki bir təhlükəsizlik mənbəyi də Sənanın cənubunda səudiyyə koalisiyasına aid bir qırıcı təyyarənin vurulub yerə salınmasından xəbər verib.
Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən gecə səudiyyə muzdurlarının Təəz vilayətindəki Əlzəbab məntəqəsinə qarşı hücumunu nakam qoyublar. Nəticədə onlarla muzdur ölüb və onların zirehli və hərbi avtomobil karvanı məhv edilbdir.
Müştərək yəmənli qüvvələr Cizanda Ələyn Əlharə hərbi bazasını raket atəşinə tutublar və bu baza alovlanıbdır.
Teqlər