Sionist rejim Qüds intifazəsindən qorxur
Noy 06, 2015 20:10 Asia/Baku
-
Sionist rejim Qüds intifazəsindən qorxur
Livan Hizbullahının baş katibi Müqavimətin Din Alimlərinin Ümumdünya Birliyinin iclasında deyib: Fələstinlilərin intifazəsi sionistlərin ürəklərinə qorxu salıb və onların iqtisadiyyatını təsir altına alıbdır.
IRIB-nin məlumatına görə, Seyid Həsən Nəsrullah söyləyib: İsrail rejimi bizim regionumuzu hədəfə almaq istiqamətində dünyanın müstəmləkəçi və zalım qüdrətlərinin ön cəbhəsi sayılır.Livan Hizbullahının baş katibi deyib: Bu gün Fələstində şahidi olduğumuz məsələ, fələstinlilərin İsrail rejiminin işğalçılığı ilə mübarizə və müqavimət seçiminə böyük imanıdır.
O, sionist rejimin regiondakı kökünün kəsilməsi və ona verilən beynəlxalq dəstəklərin azalmasına toxunaraq, deyib: İsrail rejimi təkcə sionist planların icrasının nəticəsi deyil, həm də indi də Amerika və dünya ölkələri tərəfindən dəstəklənən bir iradənin nəticəsidir.
Seyid Həsən Nəsrullah vurğulayıb: İsrail rejimi müstəmləkəçi ölkələrin milyardlıq köməkləri ilə dəstəklənir, amma hətta sözlə Fələstinin müdafiəsi belə, qadağandır, necə ki, bu gün görürsünüz, Müqavimət-in himayədarı olan Əlməyadin telekanalı ilə rəftarda nələr baş verir. İsrail rejimi ilə döyüş tarixi döyüşdür və hamının borcudur.
Livan Hizbullahının baş katibi sionist rejimin Livana və fələstinlilərə qarşı müxtəlif təcavüzləri və işğalçılıqlarına, Qəzzə müharibəsi və 33 günlük Livan savaşına işarə edərək, islami və ərəb ölkələrinin bu sahədəki zəif mövqelərini tənqid edib və belə deyib: Əgər milyardlıq müsəlman əhalisi Fələstin amalını tam şəkildə dəstəkləsəydi, bu tarixi biabırçı ləkə ilə mübarizənin vəziyyəti çox fərq edərdi.
Seyid Həsən Nəsrullah əlavə edib: Qəribədir ki, Əfqanıstan və Suriyada döyüşmək üçün hər cür kömək edilir, amma bu iş Fələstində həyata keçirilmir!
O, belə qeyd edib: Əgər döyüşmək üçün Suriyaya, Əfqanıstana və digər yerlərə göndərilmiş kəslər Fələstinə göndərilsəydilər, İsrail rejimi məhv olmuşdu.