Yəmənin cənubunda səudiyyə koalisiyasının freqatı məhv edilib
Noy 08, 2015 05:47 Asia/Baku
-
Yəmənin cənubunda səudiyyə koalisiyasının freqatı məhv edilib
Yəmən ordusu bu ölkənin cənub sahillərndə Ərəbistanın başçılığı altında ərəb koalisiyası adlı qrupun dördüncü freqatının məhv edilməsindən xərbər verib.
Əlməsirə telekanalı Yəmən ordusunun bəyanatına istinadla bildirib ki, Ərəbistanın dördüncü freqatı şənbə günü bu ölkənin cənub-qərbindəki Əlməxa sahillərinin yaxınlığında yəmənli qüvvələrin raket hədəfinə tuş gələrək, qərq olub.Şənbə günü səhər də Yəmənin ordusu və xalq komitələri bu ölkənin cənub sahilləri yaxınlığında təcavüzkarların bir hərbi gəmisinin məhv edilməsindən xəbər vermişdilər.
Belə bir halda, elan olunub ki, Ərəbistan şənbə günü də Yəmənin müxtəlif vilayətlərinə qarşı öz hava hücumlarını davam etdirib və bu hücumlarda Biyza və Cuf vilayətləri səkkiz dəfə bombalanıb və nəticədə bir neçə mülki həlak olubdur.
Həmçinin bildirilib ki, şənbə günü Ədən vilayətində Yəmənin istefa vermiş fərari prezidentinin tərəfdarları və səudiyyə rejiminin muzdurlarından bir qrupu öldürülübdür.
Teqlər