Türkiyə seçkilərində saxtakarlıq
Noy 08, 2015 17:05 Asia/Baku
Amerika siyasi araşdırmalar mərkəzi Türkiyə seçkilərində saxtakarlıqdan xəbər verib.
Əlaləm telekanalının məlumatına görə, Amerika siyasi araşdırmalar mərkəzinin eksperti Maykl Ruben bir hesabatda bildiirib ki, rəsmi statistikalar Türkiyədə hakim partiyanın tərəfdarlarının müxtəlif şəhərlərdə və seçki məntəqələrində səs vermələri yolu ilə son seçkilərdə bu ölkə başçılarının geniş saxtakarlığından söz açır.Bu məlumata və Rubenin dediyinə görə, həmin seçkilərdə saxtakarlıq tərzinin aydınlaşması üçün müxtəlif illərdəki seçkilərdə seçicilərin miqdarı arasındakı fərqə diqqət yetirmək kifayət edər. Türkiyənin 2015-ci ildə bir neçə aylıq fərqlə iki seçkinin şahidi olmasına görə, seçicilərin sayının qəflətən artması bu seçkilərdəki saxtakarlığın real miqdarından söz açır.
Digər tərəfdən, Amerika siyasi araşdırmalar mərkəzinin bu eksperti deyir: Türkiyə ali şeçkilər şurasının bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın və onun partiyasınn tam hökmranlığı altında olmasına görə, elmi və qanuni baxımdan bu şura tərəfindən elan olunmuş nəticələrə etiraz mümkünsüz bir məsələdir.
Rubenin məlumatında deyilir: Rəqəmlər yalan söyləmirlər və Ərdoğan sadə və uğurlu bir üsulla bu seçkiləri oğurlayıbdır.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası bazargünkü seçkilərdə qalib gəlib, bütün səslərin təqribən yarısını əldə edərək, bu ölkə parlamentində 317 yeri ələ keçiribdir.