Yəmən qüvvələri ölkədə təhlükəsizliyi bərqərar etmək üçün səylərini davam etdirirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199407-yəmən_qüvvələri_ölkədə_təhlükəsizliyi_bərqərar_etmək_üçün_səylərini_davam_etdirirlər
Yəmən qüvvələri Səudiyyə Ərəbistanı təcavüzkarları ilə mübarizə üçün öz səylərini davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2015 06:04 Asia/Baku
  • Yəmən qüvvələri ölkədə təhlükəsizliyi bərqərar etmək üçün səylərini davam etdirirlər
    Yəmən qüvvələri ölkədə təhlükəsizliyi bərqərar etmək üçün səylərini davam etdirirlər

Yəmən qüvvələri Səudiyyə Ərəbistanı təcavüzkarları ilə mübarizə üçün öz səylərini davam etdirirlər.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının təcavüzkarlığına reaksiyada Yəmən ordusu və xalq qüvvələri Ceyran, Nəcran və Əsirdə Ərəbistanın mövqelərnii 15 dəfədən çox hədəfə alıblar.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Nəcranda Xəbaş hərbi bazasını bir neçə raketlə məhv ediblər.
Yəmənin təhlükəsizlik rəsmisi də deyib: Yəmən ordusu və xalq qüvvələri bir raketlə Təiz vilayətində Muxa sahil şəhəri sularında bir səudiyyəli qayığı vurublar.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri bu ölkənin cənubunda İb və əl-Zale vilayətləri arasında Dəmət şəhərini ələ keçiriblər.
Yəmən qüvvələri əl-Zale vilayətində irəliləmələrinin davamında Cəbən məntəqəsinin təhlükəsizliyini tam şəkildə bərqərar ediblər.
Belə bir halda Ərəbistan muzdluları və əl-Qaidə terrorçuları Yəmən qüvvələrinin irəliləməsindən sonra Cəbən məntəqəsindən qaçıblar.
Həmçinin Yəmən ordusu və xalq qüvvələri Marib vilayətinin Sərvah məntəqəsində bir neçə hərbi baza və Kofel bazası ətrafındakı bölgələri terrorçulardan təmizləyiblər.
Bu olaylarla yanaşı qeyd edək ki, Yəmənin Səhiyyə Nazirliyi bir bəyanat verərək beynəlxalq ictimaiyyətin bu ölkəyə hakim qeyri-münasib insan vəziyyətinə kömək etməsini istəyib.