Mina faciəsi ilə bağlı mərakeşli və misirli hacıların aksiyası
Noy 09, 2015 19:49 Asia/Baku
Mina faciəsindən xilas olmuş mərakeşli və misirli hacılar cariilki həccin düzgün idarə olunmamasını bu faciənin amili adlandırıblar.
Əlaləm telekanalının məlumatına görə, Mina faciəsinin misirli şahidləri bildiriblər ki, insanların təzyiqləri, havanın istiliyi və gediş-gəlişdə nizam-intizamın olmaması bu faciənin baş verməsinə səbəb olub və bu, həcc təşkilatçılarının tədbirsizliklərini göstərir.Misirli şahidlərin sözlərinə görə, Mina faciəsindən sonra hacıların bir qrupunun itməsi sual doğurur və Misirin Ərriyaddakı səfirliyi və bu ölkənin xarici işlər nazirliyi bu sahədə müqəssirdirlər və ölkə xaricində misirlilərin vəziyyətini izləmək lazımdır.
Mina faciəsinin mərakeşli şahidləri də deyiblər ki, bəzi faktlar səudiyyə şahzadələrindən birinin və onun karvanının Minada olmalarından və karvanın keçməsi səbəbindən yolun bağlanmasından söz açır ki, bu da insanların təzyiqləri ilə nəticələndi.
Mərakeşli hacılar Minada gediş-gəliş üçün ayrıca yolların nəzərə alınmaması və göstərici tabloların olmamasını tənqid edərək, deyiblər ki, Ərəbistanın təhlükəsizlik qüvvələri izdiham və faciənin baş verməsi zamanı heç bir addım atmadılar.