Bəhreyndə zalımcasına həbslər davam edir
Noy 10, 2015 09:34 Asia/Baku
Ali-Xəlifə rejimi Bəhreynin müxtəlif məntəqələrində bu ölkə vətandaşlarının zalımcasına həbslərini davam etdirir.
"Manama Post" xəbər portalı Bəhreyn İnsan Haqları Mərkəzinin üzvü Hussəyn Rəziyə istinadla xəbər verib ki, təhlükəsizlik qüvvələri Əlhəmələ və Manama şəhərindəki Biladi Qədim daxil olmaqla bəzi məntəqələrdə bir neçə evə hücum edərək, beş bəhreynlini həbs ediblər.Bu həbslər elə bir halda aparılır ki, hazırda Bəhreynə hakim kəsilmiş rejimin məhbəslərində təqribən on min siyasi etirazçı saxlanılır ki, onların yüz əlli nəfəri ömürlük həbs cəzasına məhkum olunub.
Belə bir halda, Bəhreyn cinayət məhkəməsi son zamanlar həbs olunmuş "Nuydərat Mətardin" şəhərinin sakini Cəfər Casim Macidi İraqda silah işlətmək və hərbi təlimlər öyrənmək ittihamı ilə on il həbsə və Bəhreyn vətəndaşlığından məhrum olmağa məhkum edib.
Bəhreyn İnsan Haqları Mərkəzinin məlumatına görə, Manama rejimi həmçinin bu rejimin siyasətləri ilə müxalifət edən siyasi və hüquqi fəallar və müstəqil jurnailstlərdən iki yüz nəfərdən çoxunu vətəndaşlıqdan məhrum edibdir.