Noy 11, 2015 10:05 Asia/Baku
  • Ərdoğan Türkiyənin daha çox hava bazasından istifadə haqda Amerikaya yaşıl işıq göstərib
    Ərdoğan Türkiyənin daha çox hava bazasından istifadə haqda Amerikaya yaşıl işıq göstərib

Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib ki, Ankara anti-İŞİD koalisiyasının ixtiyarına daha çox hava bazasını qoymağa hazırdır.

Təsnim xəbər agentliyinin məlumatına görə, Antalya vilayətində yerləşən Belek şəhərində müxbirlər qarşısında danışan Ərdoğan Amerikanın hərbi təyyarələrinin İŞİD-in mövqelərinə qarşı hücum üçün Türkiyənin İncirlik hava bazasından istifadə etmlərinə işarə edərək, deyib: Lazım gələrsə, amerikalılar İŞİD-in mövqelərinə qarşı hücum üçün Türkiyənin digər hava bazalarından da istifadə edə bilərlər.
Ərdoğan habelə bildirib ki, bazar ertəsi günü Amerika prezidenti ilə Suriya böhranı barədə 45 dəqiqə telefon söhbəti edibdir.

Teqlər