Yəməndə Ümumdünya Ərzaq Porqramının ərzaq yükləri bombalanıb
Noy 11, 2015 09:46 Asia/Baku
-
Yəməndə Ümumdünya Ərzaq Porqramının ərzaq yükləri bombalanıb
Səudiyyə qırıcıları Yəmən xalqına qarşı cinayətlərinin davamında bu ölkədə Ümumdünya Ərzaq Porqramının ərzaq yüklərini bombalayıblar.
Yəmənin rəsmi xəbər agentliyinin məlumatına görə, səudiyyə ordusunun qırıcıları Yəmənin Səədə vilayətindəki Həydan və Saqəyn məntəqələrində humanitar yardımlar daşıyan avtomobilləri və Marəb vilayətində BMT-nin Ümumdünya Ərzaq Porqramının ərzaq yüklərini hədəfə alıblar.Səudiyyə qırıcıları Saqəyn məntəqəsində qida maddələri daşıyan bir yük maşınını və Həydan məntəqəsində yerləşən Ali- Əlməqrani adlı məkanda un və humanitar yardımlar daşıyan iki avtomobili bombalayıblar.
Belə bir halda, Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadə etdiyinə görə, Ərəbistanın pislənilməsi və beynəlxalq təşkilatların xəbərdarlıqlarına rəğmən, Ərəbistan qırıcıları Yəmənin Səədə vilayətinin müxtəlif məntəqələrini kasset bombaları ilə bombardman ediblər.
Teqlər