Noy 11, 2015 17:02 Asia/Baku
  • Türkiyə AB-nin qanun və mətbuatın hakimiyyəti ilə bağlı tənqidlərini rədd etdi
    Türkiyə AB-nin qanun və mətbuatın hakimiyyəti ilə bağlı tənqidlərini rədd etdi

Avropa Birliyi Türkiyənin bu birliyiə üzv olunması üçün vəziyyətin araşdırılması üzrə illik hesabatında Türkiyəni tənqid edib. Lakin Türkiyə bu tənqidləri ədalətsiz adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Bəzi tənqidlər ədalətsiz, hətta qeyri-münasibdir.
Bu nazirlik həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri barəsində açıqlamaları qəbuledilməz adlandırıb.
Avropa Birliyi çərşənbə axşamı günü Türkiyədə qanunun hakimiyyəti üçün mənfi yönəlmə və ifadə azadlığı barəsində acınacaqlı geridə qalmaları pisləyib. Halbuki Avropa Birliyi miqrantların böhranı barədə əməkdaşlığı yaxşılaşdırmaq üçün Ankara ilə dialoqdadır.
Türkiyə Xarici İşlər Nazirliyi bildirib: 12 il öncədən iqtidara gələn AKP son illər ərzində müstəqil və tərəfsiz ədliyyə sistemi və ifadə azadlığının gücləndirilməsi üçün çoxlu islahatlar aparmışdır.

Teqlər