Seyid Həsən Nəsrullah: Şəhidlər və müqavimətin sayəsində gələcəkdən arxayınıq
Noy 11, 2015 20:56 Asia/Baku
-
Seyid Həsən Nəsrullah: Şəhidlər və müqavimətin sayəsində gələcəkdən arxayınıq
Livan Hizbullahının baş katibi Şəhid Günü münasibəti ilə etdiyi çıxışında deyib: Şəhidlər və Müqavimətinə sayəsində gələcəkdən arxayınıq.
Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah əlavə edib: Əgər düşmənlə strateji tarazlıq və imkanları əldə etməyi gözləsəydik, müqavimət formalaşmazdı və düşmən tam şəkildə hər şeyi ələ keçirdi.Livan Hizbullahının baş katibi xatırladıb: Ümmətdə şəhidlər və onların ailələri olduğu zamana qədər, təhdid və problemdən qorxmamalıyıq və gələcək barədə nigaran olmamalıyıq. Biz gələcəkdən arxayınıq.
Seyid Həsən Nəsrullah deyib: ABŞ və digərləri üçün hər gün daha artıq aydın olur ki, regiondakı müharibələri öz xeyirlərinə sona çatdıra bilməzlər. Koyres hərbi bazasının mühasirəsinin sınması Suriya ordusu və silahlı qüvvələrinin döyüş və müqavimət iradəsi idi. Bu qələbə bu müraciəti daşıyır ki, Suriya ordusu güclüdür və güclü iradəyə malikdir.
Livan Hizbullahının baş katibi sonda deyib: Suriyanın Hələb vilayətinin cənubunda çoxlu ərazilər azad olunub. Bu qələbələr Amerika və müttəfiqlərini hərbi seçimlə nəticəyə çatmayacaqlarını və ədalətli siyasi həll yolunu qəbul etməyə məcbur edir.