Ərəbistan xalqı Şeyx Nimrin edam qərarını pislədi
Noy 13, 2015 10:01 Asia/Baku
Ərəbistan vətəndaşları bu ölkənin mübariz şiə ruhanisinə qarşı edam qərarına etiraz olaraq aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının Ərəbistanın Qətif Nyuz portalına istinadla verdiyi məlumata görə, Ərəbistan vətəndaşları bu ölkənin şərqində əl-Əvamiyyə məntəqəsində aksiya keçirərək ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam qərarına etiraz ediblər.Etirazçılar şüarlar səsləndirərək Şeyx Nimrə qarşı çıxarılan edam qərarının ləğv edilməsi və onun və bu ölkənin digər siyasi məhbuslarının azad olunmasını tələb ediblər.
Səudiyyə Ərəbistanı Ali Məhkməsi şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrə verilən edam qərarını təsdiqləyib.
Şeyx Nimr Baqir əl-Nimr 2011-ci ilin fevralında Ərəbistanın şərqində Qətif məntəqəsində irimiqyaslı aksiyaların keçirilməsi ardınca 2012-ci ilin iyul ayında həbs olunub.