Yəmən əleyhinə koalisiya bu ölkənin müxtəlif bölgələrinə hücumlar edib
Noy 13, 2015 07:32 Asia/Baku
-
Yəmən əleyhinə koalisiya bu ölkənin müxtəlif bölgələrinə hücumlar edib
BMT-nin xəbərdarlıqlarına baxmayaraq, ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir.
Səhər Beynəlxalq Televiziyasının Yəmən dairələrinə istinadla verdiyi məlumata görə, Ərəbistan ın başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin müxtəlif bölgələri, o cümlədən Cof, Səəd və Təiz vilayətlərinə hava və arsenal hücumlarında onlarla nəfər həlak olub və yaralanıb.Bu hücumlarda Yəmənin infrastruktur obyektləri və yaşayış massivlərinə ciddi ziyan dəyib.
Bu arada BMT baş katibinin sözçüsü Yəmənə hücumların davam etməsi barədə xəbərdarlıq edərək deyib: BMT baş katibinin ağır insani nəticələrlə bağlı xəbərdarlığına baxmayaraq bu hücumlar davam edir.
Stefan Dojarrik Yəmən böhranının diplomatik yolla həll edilməsini vurğulayaraq deyib: Yəmənə hücumların genişlənməsi qeyri-münasib addımdır və bu ölkədə sivillərin tələfatının artması və infrastruktur obyektlərin məhv olması ilə nəticələnir.
BMT-nin hesabatına əsasən, mart ayından Yəmənə başlanan hücumlarda indiyə qədər təxminən 5000 nəfər həlak olub və həlak olanların yarısını sivillər təşkil edir.
Ərəbistan bəzi ərəb ölkələri və ABŞ-la əlbir olaraq ötən martın 26-dan Yəmənə irimiqyaslı hücumlara başlayıb. Belə ki, Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarsın.
Teqlər