İraq paytaxtında terror aktı nəticəsində onlarla nəfər həlak olub və yaralanıb
Noy 13, 2015 19:18 Asia/Baku
-
İraq paytaxtında terror aktı nəticəsində onlarla nəfər həlak olub və yaralanıb
İraq paytaxtında bir neçə partlayış onlarla nəfərin həlak olması və yaralanması ilə nəticələnib.
Səhər Beynəlxalq Televiziyasının İraqın əl-Süməriyyə xəbər portalına istinadla verdiyi məlumata görə, bir terrorçu üzərindəki bombanı Bağdadın Həyy əl-Amil məntəqəsindəki əl-Əşərə əl-Mübəşşirinn məscidi yaxınlığındakı əza mərasimində partladıb. Bu isə ən azı 18 nəfərin həlak olması və 41 nəfərin yaralanması ilə nəticələnib.Həmçinin paytaxtın şərqində Sədr Bağdad şəhərciyində bir hüseyniyyədə iki partlayış baş verib. Hadisədə 4 nəfər həlak olub, 16 nəfər də xəsarət alıb.
Qərbin məkrli planı və regionun bəzi muzdlu rejimləri, o cümlədən Ərəbistanın İraqda de-stabilliyi qızışdırmaq çərçivəsində İŞİD terrorçuları bu ölkə vətəndaşlarını hədəfə alırlar. Bağdadın bəzi bölglərində davamlı şəkildə terror aktları törədilir.