Noy 13, 2015 19:23 Asia/Baku
  • Fələstinin son prosesləri və sionistlərin cinayətləri davam edir
    Fələstinin son prosesləri və sionistlərin cinayətləri davam edir

Qüds İntifazəsi cərəyanında daha bir fələstinli sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, cümə axşamı günü İordan çayının qərb sahilinin cənubunda Beyt Eynun əl-Xəlil məntəqəsində xəstəxanada sionist işğalçılarla toqquşmada yaralanan 18 yaşlı gənc Mahmud Şəlalədə şəhid olub.
Bu fələstinli gəncin şəhid olması ilə oktyabr ayının əvvəlindən başlayan Qüds İntifazəsi şəhidlərinin sayı 86 nəfərə artıb. Bu şəhidlər arasında 18 uşaq və 4 qadın vardır.
İşğal olunmuş Fələstin əraziləri 2015-ci il oktyabr ayının əvvəlindən sionist rejimin əl-Əqsa məscidi və Qüds qarşısındakı təcavüzkar siyasətlərinə qarşı fələstinlilərin irimiyqaslı etirazlarının şahididir. Bu məsələ Qüds İntifazəsinin başlanması ilə nəticələnib.
Bu arada əl-Əqsa telekanalı Əlbirənin şimalında Beyt İl yoxlama keçid məntəqəsi yaxınlığında baş verən toqquşmalarda işğalçı hərbçilərin atəş açması nəticəsində 5 fələstinli gəncin yaralandığını bildirib.
Bu məlumata görə, əl-Xəlilin şimalında Həlhulda işğalçı qüvvələrlə toqquşmada da bir fələstinli gənc yaralanıb.
Qüds işğalçıları həmçinin İordan çayının qərb sahilində Beyt-Ləhmdəki Ayidə düşərgəsində toqquşmalar zamanı fələstinlilərə doğru gözyaşardıcı qazlardan istifadə ediblər.
Livanın əl-Məyadin telekanalı da bildirib ki, Qəzzə zolağında, Xanyunusun şərqində əl-Fərahin məntəqəsində işğalçı hərbçilərlə toqquşmada bir fələstinli yaralanıb.
Qəzzə zolağı sakinləri cümə günü Qüds İntifazəsi, əl-Əqa məscidinə dəstək və sionist rejimin Fələstin və islam müqəddəslərinə qarşı cinayətlərini pisləmək istiqamətində anti-sionist aksiyası keçiriblər.

Teqlər