Noy 14, 2015 17:20 Asia/Baku
  • Onlarla bəhreynli üçün həbs hökmü
    Onlarla bəhreynli üçün həbs hökmü

Bəhreyn Cinayət Məhkəməsi bu ölkənin 22 vətəndaşını həbsə məhkum edib.

Əlaləm telekanalının məlumatına görə, Bəhreyn Cinayət Məhkəməsi bu ölkə xalqının inqilabı ilə mübarizə siyasətinin davamında şənbə günü on səkkiz bəhreynlini üç ildən səkkiz ilədək, digər dörd nəfəri isə üç ildən beş ilədək həbs cəzasına məhkum edib.
Bəhreyn məhkəməsi bu şəxsləri daxili işlər nazirliyinə məxsus olan bir patrul maşınına hücum, aksiya və iğtişaşda, eləcə də sursat və partlayıcı maddələrə malik olmaqda ittiham edibdir.
İnsan haqlarını müdafiə təşkilatları və hüquq mərkəzləri Bəhreyn rejimini məhbəslərdə fəalları işgəncə etməkdə və onlardan yalan etiraflar almaqda ittiham ediblər.
Bəhreynli siyasi fəallara qarşı zalımcasına hökmlərin çıxarılmasının davam etməsi elə bir haldadır ki, bu ölkənin inqilabçı qrupları vurğulayırlar ki, hazırda Ali-Xəlifə rejiminin məhbəslərində təqribən on min siyasi etirazçı saxlanılır və onlardan 150 nəfər ömürlük həbsə məhkum edilib.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırdılmasından bəri siyasi islahatlar tələb edən bu ölkə xalqının etiraz dalğasının şahididir.

Teqlər