Yəmənin şimal məntəqələrinin sakinlərindən bir çoxu dağlara və mağaralara sığınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199615-yəmənin_şimal_məntəqələrinin_sakinlərindən_bir_çoxu_dağlara_və_mağaralara_sığınıb
Sərhədsiz Həkimlər Təşkilatı bildirib ki, Yəmənin şimal məntəqələrinin sakinlərindən bir çoxu səudiyyə-amerikan bombardmanların əlindən mağaralara sığınıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 06:57 Asia/Baku
  • Yəmənin şimal məntəqələrinin sakinlərindən bir çoxu dağlara və mağaralara sığınıb
    Yəmənin şimal məntəqələrinin sakinlərindən bir çoxu dağlara və mağaralara sığınıb

Sərhədsiz Həkimlər Təşkilatı bildirib ki, Yəmənin şimal məntəqələrinin sakinlərindən bir çoxu səudiyyə-amerikan bombardmanların əlindən mağaralara sığınıbdır.

Yəmənin Press xəbər agentliyinin məlumatına görə, Sərhədsiz Həkimlər Təşkilatının Yəməndəki koordinatoru Miryam Çek öz hesabatında bildirib ki, Yəmənin şimal məntəqələrinin sakinləri səudiyyə qırıcılarının hədəfsiz bombardmanlarının qorxusundan dağların yarıqlarına və mağaralara sığınıblar.
Çek qeyd edib ki, Yəmənin şimal məntəqələri, xüsusən Həydan məntəqəsi və onun ətrafındakı məntəqələr gündə on-on beş dəfə bombardman edilirlər.
Sərhədsiz Həkimlər Təşkilatının xəstəxanası bu məntəqədə yeganə xəstəxana kimi tam şəkildə dağıdılıb və ondan bir şey qalmayıbdır.