Şeyx Nimrin edam hökmünün icrasının qarşısının alınması istənilib
Noy 15, 2015 13:09 Asia/Baku
İraqın sünni əhlinin din alimləri icmasının sədri İslam Dünyasındakı sünni əhlinin din alimlərindən istəyibdir ki, ərəbistanlı mübariz şiə ruhaninin edam hökmünün icrasının qarşısını alsınlar.
Şeyx Xalid Əlmula Fars xəbər agentliyi ilə müsahibədə bildirib ki, sionist rejim Ərəbistanda mübariz şiə ruhani Şeyx Nimr Baqir Əlnimrin edam hökmünün çıxarılması daxil olmaqla bütün fitnəkarlıqların arxasında durur. O, deyib ki, sünni əhlinin din alimlərinin bu hökmə etiraz üzrə mövqeyi İslam Dünyasında birlik zərurətinə təkidi sübut edir.Şeyx Xalid Əlmula ölkələrin işlərinə hər cür müdaxilə ilə müxalifət edərək, səudiyyə başçılarına xəbədarlıq edibdir ki, Şeyx Nimrin təkcə Ərəbistan üçün deyil, həm də bütün İslam Dünyası üçün olan önəminə və yerinə əsasən, tələsik addım atmasınlar.
Ərəbistan vətəndaşları cümə axşamı günü bu ölkənin şərqindəki Ələvamiyyə məntəqəsində aksiya keçirərək, ərəbistanlı mübariz şiə ruhani Şeyx Nimr Baqir Əlnimrin edam hökmünə etiraz ediblər.
Ərəbistan Ali Məhkəməsi ərəbistanlı mübariz şiə ruhani Şeyx Nimr Baqir Əlnimrin edam hökmünü təsdiq edibdir.