Suriya ordusu Hələbin cənub ətrafına tam nəzarəti ələ keçirmək üzrədir
Noy 15, 2015 14:04 Asia/Baku
-
Suriya ordusu Hələbin cənub ətrafına tam nəzarəti ələ keçirmək üzrədir
Suriya ordusu qüvvələri müttəfiq qüvvələrin əməkdaşlığı ilə Hələb-Dəməşq beynəlxalq şose yoluna yaxınlaşıb və təxminən 500 metr məsafəsi vardır.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya ordusu qüvvələrinin Hələb-Dəməşq əlaqə yoluna çox yaxınlaşması səbəb olub ki, bu məkan tamamilə onların atəşi altında qalsın və silahlı qruplaşmalara yardım yolu kəsilsin.Suriya ordusunun nailiyyətləri bununla bitmir. Ordunun xüsusi qüvvələri qadın paltarı geyinən əl-Nüsrə Cəbhəsi qruplaşmasına bağlı bir neçə terrorçunu Xənasir əlaqə yolunda həbs ediblər. Bu terrorçular Hələb ətrafında baş verən döyüşlərdən qaçmağa çalışıblar.
Teqlər