Noy 15, 2015 17:34 Asia/Baku
  • Türkiyə polisi G-20 zirvə toplantısına etiraz edən 4 nəfəri həbs etdi
    Türkiyə polisi G-20 zirvə toplantısına etiraz edən 4 nəfəri həbs etdi

Türkiyə polisi G-20 qrupunun iclasının keçirildiyi küçəyə daxil olmaq və dünya rəhbərlərinə məktub vermək istəyən etirazçılardan 4 nəfəri həbs edib.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Antalya şəhəri polisi bazar günü solçu qruplara bağlı olan və G-20 qrupu zirvə toplantısının iclasına qarşı çıxan etirazçılardan dörd nəfəri həbs edib. Bu şəxslər bu iclasın keçirildiyi küçədə aksiya keçirmək istəyiblər.
G-20 qrupunun rəhbərləri Türkiyənin Antalya şəhərində bir araya gəliblər ki, Suriya müharibəsi, beynəlxalq təhlükəsizlik və digər önəmli beynəlxalq məsələlər barədə danışıqlar aparsınlar.
Qeyd edək ki, Paris terror aktları bu iclası təsir altına alıb. Parisdəki aktlar Fransada ən ağır terror hücumlarından hesab olunur.

Teqlər