"Black Water" muzdluları BƏƏ hərbçilərinin yuniformasında Yəmənə göndəriliblər
Noy 16, 2015 06:53 Asia/Baku
-
"Black Water" muzdluları BƏƏ hərbçilərinin yuniformasında Yəmənə göndəriliblər
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü deyib: Amerikan "Black Water" şirkətinin muzdluları Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin yuniformasında Yəmənə göndəriliblər.
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Zeyfullah Şami əl-Aləm kanalı ilə müsahibədə Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistan təcavüzkarları qarşısındakı uğurlarına işarə edərək, deyib: Birləşmiş Ərəb Əmirlikləri Yəməndə ağır məğlubiyyət ilə üzləşməsinin ardınca "Black Water" şirkətinin muzdlu qatillərini BƏƏ hərbçiləri adı altında Yəmənə göndərib.Zeyfullah Şami əlavə edib: Yəmənə göndərilən bu muzdlu qatillərin taleyi aydındır. Yəmən ordusu BƏƏ ordusu hərbçiləri və hərbi təchizatlarını məhv etdiyi kimi, bu muzdlu qatilləri də məhv edəcək.
Yəməndən daxil olan digər bir məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistan və müttəfiqlərinin hücumlarına cavab olaraq, Ərəbistanın bir ədəd hərbi qayığını Yəmənin cənubunda, Təiz vilayətinin Məxa limanında hədəfə alaraq, məhv ediblər.
Ərəbistan 9 ərəb öolkəsi ilə birlikdə ABŞ-ın dəstəyi ilə 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı havadan, dənizdən və qurudan hücumlara başlayıb. Bu hücumlar nəticəsində indiyə kimi Yəmənin sivil infrastrukturlarına böyüz zərər və ziyanlar vurulub, çoxlu sayda xəstəxana, məktəb və yaşayış binası dağıdılıb, minlərlə insan öldürülüb, yaralanıb və ya didərgin düşüb.
Teqlər