İsrail hərbçiləri daha 3 fələstinlini şəhid etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199655-İsrail_hərbçiləri_daha_3_fələstinlini_şəhid_etdilər
Sionist rejim hərbçiləri 3 fələstinli gənci güllələyərək, şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2015 10:05 Asia/Baku
  • İsrail hərbçiləri daha 3 fələstinlini şəhid etdilər
    İsrail hərbçiləri daha 3 fələstinlini şəhid etdilər

Sionist rejim hərbçiləri 3 fələstinli gənci güllələyərək, şəhid ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçilərinin bu gün bazar ertəsi Qüdsün şimalında, Qələndiyə düşərgəsinə olan hücumu zamanı 3 fələstinli gənc şəhid edilib, 20-dən çox fələstinli də yaralanıb.
Bu məlumata görə, bu 3 fələstinli gənc İsrail hərbçilərinin fələstinli əsir Məhəmməd Əbu Şahinin mənzilini dağıtmalarına mane olmaq istəyərkən şəhid olub.
İsrail hərbçiləri Qələndiyə düşərgəsinə hücum zamanı yaralanan fələstinlilərdən birini təcili yardım maşınından endirərək, həbs ediblər.
Sionist rejim hərbçiləri bu cinayətin ardınca Qələndiyə düşərgəsindən geri çəkiliblər.
Bu 3 fələstinli gəncin şəhid olması ilə oktyabrın 1-dən başlanan Qüds İntifazəsi şəhidlərinin sayı 92-yə çatıb.