Noy 16, 2015 14:01 Asia/Baku
  • İŞİD vəhhabiliyin hərbi qoludur
    İŞİD vəhhabiliyin hərbi qoludur

İraqın baş naziri İŞİD terror qruplaşmasını vəhhabiliyin hərbi qolu adlandırıb.

Əl-İraqiyə telekanalının məlumatına görə, İraqın baş naziri Heydər əl-İbadi İraq ordusu və xalq qüvvələrinin terrorçular ilə mübarizə meydanındakı irəliləyişlərinə işarə edərək, deyib: İŞİD vəhhabiliyin hərbi qoludur və İraqın bütün siyasi qrupları ona qarşı mübarizədə birləşməlidirlər.
Heydər əl-İbadi ordu və xalq qüvvələrinin terrorçu qruplaşmalar ilə mübarizədəki səylərini yüksək qiymətləndirib və onlardan istəyib ki, tam ahəngdarlıq və əməkdaşlıq yolu ilə İŞİD-ə yeni terror aktları törətmək icazəsi verməsinlər.

Teqlər