Yəmənə qarşı hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199768-yəmənə_qarşı_hava_hücumları_davam_edir
Ərəbistan qırıcı-bombardmançı təyyarələri Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 10:06 Asia/Baku
  • Yəmənə qarşı hava hücumları davam edir
    Yəmənə qarşı hava hücumları davam edir

Ərəbistan qırıcı-bombardmançı təyyarələri Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam etdirirlər.

Əl-Aləm kanalının məlumatına görə, Ərəbistan təyyarələri Yəmənin şimalında yerlşən Sədə vilayətinin müxtəlif məntəqələrini bombardman ediblər. Bu hücumlar nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.
Həmçinin, Ərəbistan qırıcıları Yəmənin cənubunda, Təiz vilayətində bir neçə məntəqəni hədəfə alıblar.
Məarib vilayətində də Ərəbistan qırıcıları Sərvah məntəqəsini 16 dəfə bombardman ediblər.
Digər tərəfdən Yəmən orudusu və xalq qüvvələri Yəmənin cənubunda, Zali vilayətində yerləşən Məris məntəqəsində Ərəbistan muzdlularının mövqeyinə hücum edərək, bir qrup silahlını öldürüblər.
Yəmən ordusu bu əməliyyat zamanı xeyli miqdarda silah, hərbi sursat və hərbi avtomobil ələ keçiriblər.
Ərəbistana bağlı muzdlu qüvvələr isə Təiz vilayətində yerləşən Vaziyə məntəqəsinə nüfuz etməyə cəhd göstəriblər. Amma, onların bu cəhdi ordu və xalq qüvvələrinin müqaviməti nəticəsində uğursuz qalıb.
Digər tərəfdən Bəhreyn rejimi dünən Ərəbistanın Yəmənə qarşı təcavüzlərini himayə məqsədi ilə öz hərbçilərini Yəmənin cənubuna, Ədən körfəzinə göndərib.
BMT-nin verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə qarşı hücumlarında indiyə kimi 5700 nəfər həyatını itirib. Həyatını itirənlər arasında 830 qadın və uşaq var.
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Yohannes Van Der Klauv deyir: Yəməndə təcili və ilkin insani yardımın vəziyyəti hələ də ağır olaraq qalmaqdadır və 21 milyon 200 min nəfər, yəni Yəmən əhalisinin 82%-i humanitar yardımlara ehtiyaclıdır.