İraqda terrorçular və sabiq bəəs rejimi ünsürləri arasındakı əlaqə
Noy 19, 2015 13:47 Asia/Baku
İraqın başnaziri bu ölkədəki terrorçular ilə bəəs rejimi ünsürləri arasındakı əlaqədən xəbər verib.
İraqın "əl-Səfir" xəbər agentliyinin verdiyi məlumata görə, Heydər əl-İbadi deyib: İraq hazırda keçmişdə mövcud olan problemin davamı yəni terrorizm və bəəsçilər problemi ilə üz-üzədir.İbadi əlavə edib: Bu gün İraqın mübarizə apardığı terrorçuların çoxu devrilmiş Səddam rejiminə bağlı bəəsçi ünsürlər ilə əlaqəyə malikdirlər.
İraqın baş naziri terrorçular ilə bəəsçilər arasındakı əlaqənin faktlar ilə sübuta yetirildiyini vurğulayıb və deyib: İraq ordusu və silahlı qüvvələri ölkənin hər bir yerində, bütün terrorçulara qarşı savaşırlar və indiyə kimi böyük uğurlar əldə ediblər.