Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199820-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Ərəbistanın Yəmənin qərbinə olan hücumlarında 20 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2015 09:10 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Ərəbistanın Yəmənin qərbinə olan hücumlarında 20 nəfər həlak olub.

Əl-Məsirə informasiya kanalının məlumatına görə, Yəmənin qərbində, Hədidə vilayətinin tabeliyində olan Huneyş və Zuqqər adalarında yəmənli balıqçıların qayıqları Ərəbistan qırıcılarının hücumuna məruz qalıb. Bu hücum zamanı 20 balıqçı həyatını itirib.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin müxtəlif məntəqələrini dəfələrlə bombardman ediblər.
Digər tərəfdən Yəmənin təhlükəsizlik qüvvələri ölkənin cənubunda, Bəyza vilayətində terrorçular tərəfindən şəhərin mərkəzində, ictimai məkanda və bir məktəbdə quraşdırdıqları 2 partlayıcı qurğunu zərərsizləşdiriblər.
Həmçinin, yəmənli qüvvələr Ərəbistan muzdlularının Qatiyə şəhərində, Muris məntəqəsinə olan hücumları müqavimət qüvvələri tərəfindən geri oturdulub.