Bəşşar Əsəd Ərəbistan, Türkiyə və Qətərin İŞİD-i birbaşa himayə etdiklərini deyib
Noy 22, 2015 15:29 Asia/Baku
Suriya prezidenti Türkiyənin prezidenti və baş nazirinin terrorçu İŞİD qrupunu birbaşa himayələrinə toxunaraq, vurğualyıb ki, Ankara, Doha və Ərriyad bu təkfirçi qrupun dayaq nöqtələridirlər.
O, Çinin Foniks telekanalı ilə müsahibədə bildirib ki, terrorçu İŞİD qrupunun qüdrəti Türkiyənin prezidenti və baş naziri Rəcəb Tayyıb Ərdoğan və Əhməd Davudoğlunun birbaşa himayələrindən qaynaqlanır.Suriya prezidenti terrorizmin məhvi üçün heç bir zaman cədvəlinin mövcud olmadığını qeyd edərək, bildirib ki, bu məsələnin səbəbi, yalnız quru meydanında irəliləmə ilə bağlı deyil, həm də digər ölkələrin terrorizmə verdikləri dəstək ilə əlaqədardır.
O, vurğulayıb: Qərbin siyasətlərini bürümüş və əvəzini bizim ödədiyimiz mənəvi tənəzzül islah olunmalıdır.