Yəmən Ali-Səudun hücumları altında
Noy 23, 2015 09:40 Asia/Baku
-
Yəmən Ali-Səudun hücumları altında
Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrini bombardman ediblər.
Mehr informasiya agentliyi bildirir ki, Ərəbistan qırıcıları Yəmənin Hədidə vilayətində, Həniş adasını bombardman ediblər. Nəticədə 8 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.Ərəbistan qırıcıları həmçinin, Sədə şəhərinin Babül-Səlam məntəqəsində bir yaşayış binasını bombalayıblar. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Həmçinin, Yəmən ordusu və xalq qüvvələri təcavüzkar Ərəbistan qüvvələrinin cinayətlərinə cavab olaraq, Cizan vilayətində Ərəbistan ordusuna məxsus əl-Şəbəkə hərbi bazasını nəzarət altına ala biliblər. Həmçinin, Cizan və Əsir sərhəd şəhərlərində Ərəbistan ordusuna məxsus hərbi baza və təhlükəsizlik mərkəzlərini ağır artilleriya ilə atəşə tutublar.
Teqlər