Noy 23, 2015 19:03 Asia/Baku
  • İraqın müxtəlif məntəqələrində onlarla terrorçu öldürülüb
    İraqın müxtəlif məntəqələrində onlarla terrorçu öldürülüb

İraqın təhlükəsizlik qüvvələrinin İŞİD ilə döyüşündə səkkiz terrorçu öldürülüb və on iki nəfər də yaralanıbdır.

IRIB-nin məlumatına görə, İraqın bir təhlükəsizlik rəsmisi bildirib ki, təkfirçi terrorçular bir neçə istiqamətdən Tikritin şimalı və şimal-şərqinə hücum edib, amma ordunun və xalq müqavimət qüvvələrinin müqaviməti ilə geri oturmağa məcbur olublar.
İraq ordusunun hərbi təyyarələri təhlükəsizlik qüvvələrini dəstəkləyərək, terrorçuların mövqelərini bombalayıb və onların çoxlu miqdarda hərbi təchizatlarını məhv ediblər.
İraqın üç təhlükəsizlik qüvvəsi də Əcil və Əlas neft yataqları ətrafında İŞİD terrorçuları ilə döyüşlərdə ölüb və on yeddi nəfər də yaralanıbdır ki, onların bəziləri xalq müqavimət qüvvələrindəndir.
Təhlükəsizlik rəsmisi vurğulayıb ki, İraq ordusunun hərbi təyyarələri də təhlükəsizlik qüvvələrini dəstəkləyərək, terrorçuların mövqelərini bombalayıblar.
Eyni zamanda, İraqın təhlükəsizlik qüvvələri xalq qüvvələrinin həmkarlığı ilə Ələnbar vilayətində 20 İŞİD terrorçusunu öldürüb və onların bomba qoyulmuş dörd avtomobilni məhv ediblər.

Teqlər