Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199974-fransa_aviasiyası_İŞİd_in_İraqdakı_mövqelərinə_ilk_hava_zərbələri_endirib
Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2015 06:06 Asia/Baku
  • Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib
    Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib

Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib.

Səhər beynəlxalq telekanalının TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pyer de Vilye bəyan edib.

“İŞİD-in Ərrəmadi və Mosul şəhərlərindəki mövqelərinə zərbələr endirilib. Bu, yerli quru qüvvələrinin dəstəyi ilə baş tutub”, deyə general de Vilye bildirib.

Fransa prezidenti Fransua Olland isə bundan əvvəl bildirib ki, Fransa İŞİD-in Suriyadakı mövqelərinə endirilən zərbələrin sayını artıracaqdır.