Ərəbistanın hücumlarında bir yəmənli ailə öldürülüb
Noy 24, 2015 09:45 Asia/Baku
-
Ərəbistanın hücumlarında bir yəmənli ailə öldürülüb
Yəmənli qaynaqlar Ərəbistanın Yəmənin şimalındakı Əlcuf vilayətinə qarşı hava hücumunda bir ailənin bütün üzvlərinin öldürülməsindən xəbər veriblər.
Yəmənin rəsmi xəbər agentliyinin məlumatına görə, çərşənbə axşamı günü səhər tezdən Ali-Səud rejiminin qırıcıları Əlcuf vilayətindəki Cəbəl Əlluz məntəqəsində yerləşən bir mənzilə qarşı hücumda on nəfərlik bir ailənin bütün üzvlərini öldürüblər.Ali-Səud rejiminin qırıcıları çərşənbə axşamı günü səhər tezdən Səna vilayətindəki Sənhan məntəqəsini də bombalyıblar.
Həmçinin Ərəbistan qırıcıları bazar ertəsi günü gecə Yəmənin Həccə radio mərkəzini hədəfə alıblar ki, nəticədə bir qrup yəmənli həlak olub və ya yaralanıbdır.
Digər tərəfdən, Rusiyanın Sputnik xəbər agentliyinin məlumatına görə, bir qrup bəhreynli hərbçi zirehli avtomobillərlə yanaşı, bazar ertəsi günü Yəmənin Ədən şəhərinə daxil olubdur ki, son bir neçə gündə ikinci dəfədir ki, bu məsələ baş verir.
Belə bir halda, "Birləşmiş Ərəb Əmirlikləri-24" xəbər portalının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri yəmənli muzdurlara yeni gizli təlim və hazırlığı başa çatdırıblar və bu şəxslər Yəməndəki digər məntəqələrə göndərilməyə hazır olublar.
Bu yəmənli muzdurlar qərar üzrə Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Hadi Mənsurun qüvvələrinə qoşulacaqlar.
Teqlər