Yəmənlilər səudiyyəlilərin hücumlarına cavab veriblər
Noy 25, 2015 16:37 Asia/Baku
-
Yəmənlilər səudiyyəlilərin hücumlarına cavab veriblər
Yəmənin ordusu və xalq qüvvələri Ali-Səudun cinayətlərinə cavabda səudiyyəlilərin hərbi bazalarını raket və artilleriya hücumlarına məruz qoyublar.
IRIB-nin məlumatına görə, yəmənli mənbələr bildiriblər ki, Yəmənin ordusu və xalq qüvvələrinin artilleriya bölməsi sərhəd Cizan məntəqəsində Ərəbistan ordusunun bazalarını gülləbaran ediblər.Yəmənin ordusu və xalq qüvvələri habelə sərhəd Əltəval məntəqəsindəki Əlrəmzə keşikçi qülləsini partladıblar.
Nəcrandakı hərbi komandanlıq mərkəzi də bir neçə raket hücumuna məruz qalıb.
Digər tərəfdən, ərəbistanlı muzdurlar hərbi avtomobil və təchizatlarla yanaşı, Təiz vilayətindəki Ələmri hərbi bazasına doğru irəliləmək istəyiblər ki, Yəmənin ordusu və xalq qüvvələrinin müqaviməti ilə üzləşiblər.
Ərəbistanlı muzdurlar Yəmənin Səədə vilayətindəki Razəx sərhəd məntəqəsini bombalayıblar.
Teqlər