Ərəbistanın Yəmənə hava hücumları davam edir
Dek 02, 2015 09:42 Asia/Baku
-
Ərəbistanın Yəmənə hava hücumları davam edir
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya qırıcı təyyarələrinin Yəmənin yaşayış bölgələrinə hava hücumları davam edir.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm xəbər telekanalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələrinin Yəmənin Sədə vilayətinin əl-Təzəh bölgəsində yaşayış binalarına hava hücumunda bir ailənin 7 üzvü həlak olub. Bu hava hücumunda 8 nəfər, o cümlədən 4 uşaq yaralanıb.Təcavüzkar koalisiyanın qırıcı təyyarələri əl-Nəhdeyn, əl-Mühaqirə, Qəmr bölgələri və Kəhlan hərbi bazasını da bombardman ediblər.
Həmçinin Ərəbistanın qırıcı təyyarələri Sədə vilayətinə ərzaq maddələrinin göndərilməsini dayandırmaq və bitişik yolları kəsmək üçün Səna vilayətində kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarını hədəfə alıblar. Bu hücum bir nəfərin ölkməsi və bir neçə yük maşının məhv olması ilə nəticələnib.
Yəmənin qərbində Həccə vilayətində də Ərəbistan qırıcı təyyarələri Hirz şəhərciyi və Mərz şəhərciyindəki təhlükəsizlik idarəsini bombalayıblar.
Marib vilayətində Sərvah şəhərinin müxtəlif bölgələri də hava hücumlarına məruz qalıb.
Yəmənin cənubunda əl-Beyza vilayətində təcavüzkarların Al-Dibş məntəqəsinə hücumu nəticəsində bir neçə Yəmən vətəndaşı həlak olub.
Digər tərəfdən Yəmən qüvvələri Təiz vilayətində bölgələri terrorçulardan təmizləmək istiqamətində, əl-Qəhf və əl-Ramə bölgələrinə doğru irəliləyib və onlarla terrorçunu öldürüblər.
Teqlər