Dek 03, 2015 14:29 Asia/Baku
  • Dünya şiələrinin Kərbəla rəhbərinə vurğunluğu
    Dünya şiələrinin Kərbəla rəhbərinə vurğunluğu

İmam Hüseyn(ə) ərbəini zəvvarlarından bəzi karvanların Kərbəladan geri dönmələrinə rəğmən, Əba Əbdillah Əl-Husəyn(ə) zəvvarlarının şəhidlər sərkərdəsi və rəhbərinin ərbəin mərasimində iştirak üçün Kərbəlaya doğru hərəkəti davam edir. Ən böyük dini mərasim və Əhli-Beyt(ə) sevərlərinin həmrəyliyinin nümayişi.

İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin ofisinin bəyanatına əsasən, bu gün, cümə axşamı, İraqda İmam Husəyn(ə) ərbəinidir.
Kərbəla əsirləri 61-ci hicri qəməri ili səfər ayının 20-də Şamdan geri dönərkən İmam Husəyn(ə)-ın məqbərəsini ziyarət etmək üçün Kərbəlaya gəldilər.
Şiələr ərbəin günündə əzadarlıq saxlayır və əzadarlıq dəstələri küçələrdə hərəkətə gəlirlər.
Son illərdə və İraqda bəəs rejiminin süqutundan sonra İmam Hüseyn(ə) ərbəini dünya şiələrinin ən mühüm və ən geniş əzadarlıq mərasimlərindən birinə çevrilib və hətta dünyanın ən böyük toplantıları sırasında qərar tapıbdır.
Hazırda ərbəində İraqa gedən əksər zəvvarlar İrandandır.
Ötən günlərdən İran ilə İraq arasındakı sərhəd keçidiləri İraqdakı müqəddəs məkanlara gedən iranlı zəvvarlarla doludur.
Üç istiqamətdə- Nəcəf-Kərbəla, Hillə-Kərbəla və Bağdad-Kərbəla şose yollarında İmam Hüseyn(ə)-in hərəminə gedən insan izdihamı dalğalanır və İran sərhədlərindən də hərçənd ötən günlərə nisbətən girişlərin sayı azalıbdır, amma hələ sonuncu qruplar İraqa daxil olmaqda və bu günlər mərkəz nöqtəsi ziyarətgah olan insan dəryasına qatılmaqdadırlar.
Bağdad əhalisi də çərşənbə axşamı günündən Kərbəlaya doğru hərəkətə başlayıb və hazırda Bağdadın cənub və cənub-qərb mehvərləri tamamilə bağlıdır və orada izdiham görünür.
İranın İraqdakı dövlət orqanlarından baxış keçirmək, iranlı zəvvarların kənarında olmaq və ərbəin ziyarəti üçün İraqa səfər etmiş İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib: İraq dövləti İmam Hüseyn(ə) ərbəinində Kərbəlanın milyonlarla zəvvarını qarşılamaq üçün yaxşı proqramlaşdırmaya malik olubdur.
İran xalqı da çərşənbə günü İmam Hüseyn(ə) ərbəini münasibətilə bu günün mərasimlərində iştirak edərək, Kərbəla şəhidlərinin ağası, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın məzlumluğunun xatirəsinə göz yaşları axıdıbdır.
Bütün İranda İmam Hüseyn(ə) əzadarları əzadarlıq məclisləri keçirərək, Kərbəla sərkərdəsi- Həzrət Seyyidüşşühəda(ə)-a və Zeynəbi Kübra(s.ə)-ya öz səmimiyyət və vurğunluqlarını ifadə ediblər.

Teqlər