Ədən valisi terror edildi
Dek 06, 2015 09:53 Asia/Baku
-
Ədən valisi terror edildi
Yəmən mənbələri Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın tərəfdarı olan Ədən valisinin bir sui-qəsd nəticəsində həyatını itirməsindən xəbər veriblər.
Skay Nyus Ərəb kanalının verdiyi məlumata görə, ordu generalı Cəfər Səədin avtomobili evinin yaxınlığında, bomba quraşdırılmış bir avtomobi ilə hücuma məruz qalıb. Baş verən partlayış nəticəsində Ədən valisi yanında olan bir neçə nəfər ilə birlikdə həlak olub.Ədən vilayəti polis idarəsinin rəisi Məhəmməd Müsaid bu barədə verdiyi açıqlamada deyib: Hadisənin törədilməsi formasını nəzərə alaraq, bu hücumun əl-Qaidə və ya İŞİD tərəfindən törədildiyini demək olar. O, bu hadisənin Husilər tərəfindən törədilməsi ehtimalını də rədd etməyib.
Cəfər Səəd Ədən vilayətinin valisi olmaqla yanaşı, istefada olan fərari prezident Mənsur Hadiyə sadiq ordu generallarından sayılırdı. O, Ədən vilayətində ən yüksək səviyyəli şəxs hesab olunurdu. Ədən və ətraf məntəqələrin işğalında böyük rolu olan Cəfər Səədin ölümü işğalçılara və istefada olan dövlətə ağır zərbə sayılır.
Teqlər