Türkiyə prezidentinə hörmətsizlik ittihamı ilə 100 nəfər saxlanılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200522-türkiyə_prezidentinə_hörmətsizlik_ittihamı_ilə_100_nəfər_saxlanılıb
Bir məlumata əsasən təxminən 100 nəfər Rəcəb Tayyib Ərdoğanın iqtidara gəldiyi zamandan Türkiyə prezidentinə hörmətsizlik adı altında həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 13:55 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Bir məlumata əsasən təxminən 100 nəfər Rəcəb Tayyib Ərdoğanın iqtidara gəldiyi zamandan Türkiyə prezidentinə hörmətsizlik adı altında həbs olunub.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyə hökumətinin ana müxalifəti CHP bu ölkədəki insan haqlarının şəraiti barədə bir hesabat yayımlayaraq ötən 10 ayda prezidentə hörmətsizliyə görə qeyd olunan sayda şəxsin həbs olunduğunu bildirib.

CHP-nin Türkiyə parlamentindəki deputatı Sezgin Tanrıkulu bildirib: Bu ittihamla həbs olunan 98 nəfərdən 66-sı mühakimə olunub.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtidara gəldiyi zamandan prezidentə hörmətsizlik edən şəxslərin saxlanılması prosesi güclənmişdir və bir çox jurnalist və incəsənət xadimi belə ittihamla üzləşmişdir.