Dek 08, 2015 13:04 Asia/Baku
  • Suriya ordusu Hələb və Laziqiyyədə irəliləməkdədir
    Suriya ordusu Hələb və Laziqiyyədə irəliləməkdədir

Suriya ordusunun Hələbin cənub ətrafı və Laziqiyyənin şimalında sürətli irəliləməsi davam etməkdədir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya ordusu çərşənbə axşamı günü Hələbin cənubunda öz irəliləmələrinin davamında Həmirə və Xəlsə şəhərciklərinin təhlükəsizliyini tam şəkildə bərqərar edib.

Suriya ordusu həmçinin Zeytan və əl-Qəluciyyə şəhərciyində müxtəlif terror qruplaşmalarına bağlı 4 terrorçunu əsir götürüb.

Suriya ordusu qüvvələri terror qruplaşmalarını məğlub etdikdən sonra Hələbin şimalında əl-Xalidiyyə məntəqəsinə nəzarəti tam bərpa ediblər.

Suriya ordusunun raket və arsenal qüvvələri də Hələbin şərqində İstilik Elektrik Stansiyası ətrafında terror qruplaşmalarının toplaşdığı mərkəzi hədəfə alıblar.

Bu hücumda Səvar əl-Şam batalyonları adlı terror qruplaşmasının başçılarından Yasir Əbu Səid öldürülüb.

Digər tərəfdən Suriya ordusu qüvvələri terror qruplaşmaları ilə ağır toqquşmalardan sonra Laziqiyyənin şimalında Əku kəndinə doğru irəliləyiblər və çoxlu sayda terrorçunu məhv edib və yaralayıblar.

Suriya ordusu və terror qruplaşmalarının Buz əl-Xərbə şəhərciyi ətrafında toqquşduğu bir halda Suriya Hərbi Hava Qüvvələri bu şəhərciyin daxilində terrorçuların toplaşdığı mərkəzləri bombardman ediblər.

Suriya ordusu həmçinin Laziqiyyənin şimalında Kəfər Dəblə istiqamətində əl-Muğiriyyə şəhərciyini terror qruplaşmaları ilə toqquşduqdan sonra nəzarətə alıblar.

Bu toqquşmalarda çoxlu sayda terrorçu öldürülüb və yaralanıb.

Teqlər