İordan çayının qərb sahilində 21 fələstinli həbs olunub
Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 21 fələsitnlini həbs ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərin evlərinə hücum edərək bu şəxsləri həbs ediblər.
Həbs olunanlardan biri Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən Zayid Salmandır.
Sionist qəsəbə sakinləri də bir daha əl-Əqsa məscidinə basqın edib və bu məscidin həyətinə daxil olublar.
İşğal olunmuş Fələstin əraziləri 2015-ci ilin oktyabr ayından fələstinlilərin sionist rejimin əl-Əqsa məscidi qarşısındakı təcavüzkar siyasətlərinə qarşı etirazlarının şahididir.
Oktyabr ayının əvvəlindən Qüds İntifazəsi şəhidlərinin sayı 117 fələstinliyə çatıb. Şəhidlər arasında 25 uşaq və 5 qadın vardır və yaralıların sayı isə 13 min 500 nəfərdən çoxdur.