Dek 10, 2015 13:46 Asia/Baku
  • Sionistlərin əl-Əqsa məscidinə hörmətsizlikləri davam edir
    Sionistlərin əl-Əqsa məscidinə hörmətsizlikləri davam edir

Sionist qəsəbə sakinləri bir daha əl-Əqsa məscidinə basqın ediblər.

Əl-Yəum əl-Sabi informasiya portalının verdiyi məlumata görə, Heykəl Məbədinin Tərəfdarları adlı sionist qrupun çağrışının ardınca bir qrup sionist qəsəbə sakini bu gün cümə axşamı əl-Əqsa məscidinə doğru yürüş edib.

İfratçı sionistlər bir neçə gün öncədən və dini mərasimlərin keçirilməsi bəhanəsi ilə, İsrail hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə qarşı geniş formada yürüşlər təşkil edirlər.

Sionist rejim bir müddətdir ki, müxtəlif bəhanələr o cümlədən dini mərasimlərin keçirilməsi və Yəhudi mədəniyyətinin təbliğ edilməsi adı altında əl-Əqsa məscidinə qarşı hörmətsizliklərə rəvac verir. Bununla da Beytül Müqəddəsin yəhudiləşdirilməsi siyasətini təkmilləşdirməyə çalışır.

Teqlər