Ölkələrin Yəmən əleyhinə koalisiyadan çıxmaları istənildi
Dek 10, 2015 10:46 Asia/Baku
-
Ölkələrin Yəmən əleyhinə koalisiyadan çıxmaları istənildi
Yəmənin Xalq Konqresi Partiyasının sədri Ərəb ölkələrindən Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasından çıxmağa dəvət edib.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Əli Abdullah Saleh bir bəyanat yayaraq, bəzi Ərəb ölkələrindən o cümlədən İordaniya, Sudan, Misir və Mərakeşdən öz qüvvələrini Yəməndən çıxartmalarını, Yəmən xalqının səbəbsiz yerə qırğın edilməsinə son vermələrini istəyib.
Əli Abdullah Saleh Ərəb ölkələri başçılarından istəyib ki, Yəmən barədə qərar çıxartmaq yerinə, öz ölkələrinin daxili problemlərinə diqqət göstərsinlər.
Yəmənin keçmiş prezidentinin başçılıq etdiyi Xalq Konqresi Partiyası Ənsarullah hərəkatı ilə birlikdə Ərəbistanın himayə etdiyi terrorçular və təcavüzkar qüvvələr əleyhinə savaşır.
Teqlər