Ərəbista Yəmənə aid bir adanı işğal etdi
-
Ərəbista Yəmənə aid bir adanı işğal etdi
Yəməndə atəşkəsin icraya qoyulması ilə bir vaxtda, Ərəbistan və müttəfiqləri Yəmənin bir adasını işğal ediblər.
BƏƏ xəbər agentliyinin verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12-də Yəməndə atəşkəsin elan edilməsi ilə bir vaxtda Ərəbistan hərbçiləri öz müttəfiqlərinin dəstəyi ilə Qırmızı dənizdə yerləşən Yəmənin Zəqər adasını işğal ediblər.
Digər tərəfdən atəşkəsin elan edilməsinə baxmayaraq, Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarını davam etdirib, Təiz vilayətini bombardman ediblər.
Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətində, Bəni Həddad kəndi də Ərəbistan qırıcılarının raket hücumlarından amanda qalmayıb. Onlarla nəfərin öldüyü və yaralandığı bildirilir
Yəməndə atəşkəs təklifi istefada olan fərari prezident Əbdürrəbbə Mənsur Hadi tərəfindən irəli sürülüb və bu gün saat 12-dən icraya qoyulub.