Qəzzə zolağında fələstinlilərin geniş aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200936-qəzzə_zolağında_fələstinlilərin_geniş_aksiyası
Fələstinlilər sionist rejimin Qüds intifazəsi şəhidlərinin cənazələrini təhvil verməkdən çəkinməsinə etiraz olaraq, Qəzzə zolağında aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2015 15:29 Asia/Baku
  • Qəzzə zolağında fələstinlilərin geniş aksiyası
    Qəzzə zolağında fələstinlilərin geniş aksiyası

Fələstinlilər sionist rejimin Qüds intifazəsi şəhidlərinin cənazələrini təhvil verməkdən çəkinməsinə etiraz olaraq, Qəzzə zolağında aksiya keçiriblər.

Qüds net xəbər agentliyinin məlumatına görə, Fələstin Demokratik Cəbhəsinin Siyasi Bürosunun yüzlərlə üzvü, fələstinli qrupların başçıları və Qəzzə zolağı sakinlərindən böyük bir qrupu Qəzzə şəhərində BMT ofisinə doğru aksiya keçirərək, Qüds intifazəsi şəhidlərinin cənazələrinin təhvil verilməsi vacibliyini vurğulayıblar.

Ümümdünya İnsan Haqları Günü münasibətilə keçirilən bu aksiyanın iştirakçıları Qüds intifazəsi şəhidlərinin cənazələrinin simvollarını daşıyıb, şüarlar verərək, BMT-nin sionist rejimin cinayətləri qarşısında fələstinliləri dəstəkləməsini istəyiblər. Onlar habelə fələstinli şəhidlərin cənazələrinin girov götürülməsini insan haqları üzrə beynəlxalq müahidələrin aşkar şəkildə pozulması adlandırıb və qeyd ediblər ki, Fələstin xalqı öz ərazilərinin işğalından bəri öz qanuni hüquqlarının aşkar şəkildə pozulmasının şahididir.

Sionist rejim anti-sionist fəaliyyətlərdə iştirak bəhanəsilə onlarla fələstinli şəhidin cənazəsini girov götürüb və onların ailələrinə təhvil verilməsindən çəkinir.

Belə bir halda, bəzi fələstinli mənbələr də bu şəhidlərin cənazələrinin orqanlarının oğurlanması və satılması xətəri haqda nigaranlıq edirlər.