Sionist qüvvələrin Məsciduləqsaya basqını
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200937-sionist_qüvvələrin_məsciduləqsaya_basqını
Məsciduləqsa bir daha sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin basqınına məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2015 15:30 Asia/Baku
  • Sionist qüvvələrin Məsciduləqsaya basqını
    Sionist qüvvələrin Məsciduləqsaya basqını

Məsciduləqsa bir daha sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin basqınına məruz qalıb.

Quds Press xəbər agentliyinin məlumatına görə, bir qrup sionist hərbçi və sionist qəsəbə sakini sionist rejim ordusunun polisi və xüsusi təyinatlılarının dəstəyilə Babulməğaribədən Məsciduləqsaya basqın edib.

Sionist hərbçi və sionist qəsəbə sakinləri elə bir halda Məsciduləqsaya basqın ediblər ki, bu rejim fələstinlilərin bu müqəddəs məkana daxil olmalarını əngəlləyir.

Digər tərəfdən, sionist hərbçilər dünən gecədən bu gün səhərədək qərb sahilində yerləşən Ramullah, Əlbirə, Tulkərm, Beytləhm və Qəlqiliya şəhərlərində və Beytulmuqəddəsdə 23 fələstinlini həbs ediblər.