Təcavüzkar qüvvələr Yəmənin Məarib vilayətində ağır itkilər veriblər
-
Təcavüzkar qüvvələr Yəmənin Məarib vilayətində ağır itkilər veriblər
Yəmən mənbələri təcavüzkar qüvvələrin Məarib vilayətində ağır itkilər verdiyini bildiriblər.
Yəmənin əl-Məsirə informasiya kanalı bildirib ki, ilkin məlumatlara görə, Yəmən ordusu və xalq qüvvələrinin raket hücumlarında ən azı 86 nəfər ölüb.
Bu hücum zamanı təcavüzkar qüvvələrin bir neçə yüksək rütbəli komandanının da həlak olduğu bildirilir.
Məarib vilayətində yerləşən Safir bazasına edilən raket hücumlarında həmçinin, 8 ədəd Apaçi tipli helikopter, 2 ədəd Şenok tipli helikopter və bir neçə tank da məhv edilib.
Yəmən ordusu və xalq qüvvələri bundan öncə Ərəbistanın başçılığı altında təcavüzkar koalisiya qüvvələrinin Yəmənə olan hücumlarının davam etməsinə etiraz edərək, təcavüzkar qüvvələrin mövqelərini hədəfə alacaqları barədə xəbərdarlıq etmişdilər.
Bu arada Yəmən mənbələri bildirirlər ki, Ərəbistan qırıcılarının şənbə günü Səna vilayətində yerləşən Həmdan bazasının ətraf məntəqələrinə olan hücumları zamanı yaşayış məntəqələrinə zərər və ziyanlar dəyib.