İstanbulda İsrail və ABŞ bayrağlarını yandırdılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201054-İstanbulda_İsrail_və_abŞ_bayrağlarını_yandırdılar
Bu gün İstanbulun Halkalı bölgəsi Zeynəbiyə məhəlləsində etiraz aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2015 15:11 Asia/Baku
  • İstanbulda İsrail və ABŞ bayrağlarını yandırdılar
    İstanbulda İsrail və ABŞ bayrağlarını yandırdılar

Bu gün İstanbulun Halkalı bölgəsi Zeynəbiyə məhəlləsində etiraz aksiyası keçirilib.

Aksiya Nigeriya rejiminin Əhlibeyt tərəfdarlarına qarşı qətliamına etiraz olaraq keçirilib.

Aksiyada Nigeriya Əhlibeyt tərəfdarlarının lideri Şeyx Zəkzaki və tərəfdarlarına qarşı soyqırım hücumları sərt tənqid edilib və Nigeriya rejimi əleyhinə şüarlar səsləndirilib.

Mitinq təşkilatçılarının adından oxunan bəyanatda dünyada baş verən son proseslər qeyd olunub, baş verən anti-şiə proseslərin məhz bu cütlük tərəfindən idarə olunduğu önə çəkilib. Bəyanatda Türkiyənin hakim partiyasının İsraillə yaxınlaşması da, tənqid edilərək anti İsrail şüarlar səsləndirilib.

Aksiyanın sonunda İsrail və ABŞ bayrağları yandırılıb.