Ərəbistanın 300 nöqtəsi Yəmən raketlərinin hədəfində
-
Ərəbistanın 300 nöqtəsi Yəmən raketlərinin hədəfində
Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Ərəbistanın 300 hərbi və strateji əhəmiyyətli infrastrukturu Yəmən ordusu və xalq qüvvələrinin raketlərinin hədəfindədir.
Yəmənin dövlət xəbər agentliyinin veridyi məlumata görə, Şərəf Qalib Loğman deyib: Ərəbistan başçılarının Yəməndə törətdikləri cinayətlər BMT tərəfindən elan olunmuş atəşkəsin lağa qoyulması mənasındadır.
O həmçinin deyib: Bu sonsuz cinayətlər təcavüzkarların şəhərlərin və yaşayış məntəqələrinin bombardman edilməsini qadağan edən beynəlxalq qanunla və konvensiyaların pozulmasında israrlı olmalarından xəbər verir.
Loğman həmçinin deyib: Biz qarşı tərəfin cinayətlərini eyni formada cavablandırılmaq niyyətində olmamışıq. Amma, dünya ictimaiyyətinin sükut etməsi və təcavüzkarların tərsliyi bizə başqa çıxış yolu buraxmır.
Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib: Yəmən ordusu və xalq qüvvələrinin hərbi potensialları və imkanları savaşın taleyini dəyişə bilər və bundan sonra biz müdafiə mövqeyindən çıxaraq, hücum mövqeyinə keçəcəyik.
Ənsarullah hərəkatının informasiya portalı da bir hərbi mənbəyə istinadla bildirib ki, Yəmən ordusu və xalq qüvvələri strateji seçim kimi ilk addım olaraq Ərəbistanın Cizan vilayətində yerləşən əl-Xubə şəhərini ələ keçiriblər. Bu məlumata görə, bu əməliyyat zamanı Ərəbistanın "Şəbəkə" adlı hərbi bazasına nəzarət də yəmənli qüvvələrin ixtiyarına keçib. Bu hərbi baza əl-Xubə şəhərinə nəzarətin təmin edilməsində önəmli rola malikdir. Həmçinin, "Müstəhəddəs" və "Kübra" adlı daha iki hərbi baza da yəmənli qüvvələr tərəfindən ələ keçirilib.