Barselona Universiteti İsrail rejimini boykot etdi
İspaniyanın Barselaona Universiteti(UAB) "İsraili Boykot" ümumdünya hərəkatına qoşularaq, bu rejim universitetləri ilə bütün əlaqələri və əməkdaşlıqlarını dayandırıb.
Qüds Xəbər Agentliyinin verdiyi məlumata görə, Barselona Universiteti İsrail universitetləri və təhsil müəssisələri ilə bütün əlaqələrini dayandıraraq, "İsraili Boykot" ümumdünya hərəkatına qoşulub.
Bu universitet yüzlərlə universitet və meriyanın üzv olduğu "İrqçilik olmayan məkanlar" adlı beynəlxalq bir hərəkata qoşulması ilə də razılaşıb.
Bu universitetlər və təhlsil müəssisələrinin İsrail ilə bütün əməkdaşlıqlarını dayandırmaları İsraili Boykot ümumdünya hərəkatının fəaliyyətinin nəticələrindən sayılır.
Bu hərəkat dünyanın 10 ölkəsində fəaliyyət göstərir və Təl-Əvivin ciddi nigaranlığına səbəb olub.
İsraili Boykot ümumdünya hərəkatı 2007-ci ildə İspaniyada təsis edilib və bir çox sahə üzrə İsrail rejiminə qarşı sanksiyaların tətbiq edilməsinə nail olub.